Azərbaycan nefti həftə ərzində 5% bahalaşıb

Azərbaycan nefti həftə ərzində 5% bahalaşıb
# 17 aprel 2021 12:03 (UTC +04:00)

Həftə ərzində (12-16 aprel) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 64,95 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,46 dollar və ya 3,94% çoxdur.

"APA-Economics"in məlumatına görə, həftə ərzində ən yüksək göstərici (V gün) – 66,28 dollar təşkil edib, ən minimal göstərici (I gün) isə 62,95 dollar səviyyəsində olub.

Həftə ərzində Azərbaycan neftinin qiyməti 3,33 dollar və ya 5,29% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR