Azərbaycan nefti ötən həftə ərzində cüzi bahalaşıb

Azərbaycan nefti ötən həftə ərzində cüzi bahalaşıb
# 31 avqust 2020 09:30 (UTC +04:00)

Ötən həftə ərzində (24-28 avqust) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin orta qiyməti 0,37 ABŞ dolları və ya 0,81% artıb.

"APA-Economics"in məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti həftə ərzində orta hesabla 45,98 dollara bərabər olub. Həftə ərzində ən yüksək göstərici – 46,6 dollar təşkil edib, ən minimal göstərici isə 45,48 dollar səviyyəsində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR