Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda ötən ilin müvafiq dövrünə nisbətən 5,4%, yəni 1,6 mlrd. kubmetrə yaxın artımla 30,5 mlrd. kubmetr qaz hasil edilib.
Azərbaycan Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, qaz hasilatının 9,7 mlrd. kubmetri "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlarından, 14,7 mlrd. kubmetri isə "Şahdəniz" qaz-kondensat yatağından əldə edilib.
Məlumata əsasən, SOCAR üzrə bu dövrdə 6,1 mlrd. kubmetr qaz hasil olunub.