Azərbaycan qaz istehlakını ötən il 9% artırıb

Azərbaycan qaz istehlakını ötən il 9% artırıb
# 16 yanvar 2020 12:22 (UTC +04:00)

Ötən il Azərbaycanda təbii qazın ümumi daxili istehlakı, il ərzində texniki sərfiyyat və itkilər çıxıldıqdan sonra 11,5 mlrd. kubmetr təşkil edib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 918 mln. kubmetr və ya 8,7% çoxdur.

APA-Economics”in SOCAR-a istinadən verdiyi məlumata əsasən, artımın böyük hissəsi qaz-kimya sənayesində istehsalat səviyyəsinin yüksəlməsi, xüsusilə xammal kimi təbii qazdan istifadə edən SOCAR-ın Karbamid və Metanol zavodlarının fəaliyyətə başlaması ilə bağlıdır.

“Ölkədə təbii qaz infrastrukturunun genişlənməsi nəticəsində əhali arasında qaz istehlakının səviyyəsi də təxminən 8,5% artıb”, - məlumatda qeyd edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR