Azərbaycan qaz ixracını 40% artırıb

Azərbaycan qaz ixracını 40% artırıb
# 21 aprel 2021 10:43 (UTC +04:00)

Bu ilin I rübündə Azərbaycan 5 mlrd. kubmetr qaz ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 39,5% çoxdur.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bu ilin ilk 3 ayı ərzində 2020-ci ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 15,8% çox, yəni 3 mlrd. kubmetr qaz ixrac edilib. Trans-Anadolu qaz kəməri ilə (TANAP) ilə Türkiyəyə bu müddətdə 1,4 mlrd. kubmetr qaz nəql olunub.

Məlumata görə, hesabat dövründə Gürcüstana isə 784 mln. kubmetr qaz ixrac edilib.

Xatırladaq ki, TANAP kəməri Cənubi Qaz Dəhlizinin (CQD) mərkəzi elementidir. Bu kəmər vasitəsi ilə Azərbaycan qazının bir hissəsi Türkiyəyə, digər hissəsi isə Avropaya nəql edilmək üçün (Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə) Türkiyə ilə Yunanıstanın sərhədinədək çatdırılır. TAP kəməri ilə Avropaya kommersiya yönümlü Azərbaycan qazının nəqlinə ötən ilin dekabrın 31-də başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR