Azərbaycan qaz ixracını 9% artırıb

Azərbaycan qaz ixracını 9% artırıb
# 14 aprel 2020 19:02 (UTC +04:00)

Bu ilin birinci rübündə SOCAR tərəfindən ölkədən 5,4 mln. tona yaxın xam neft edilib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7%-a yaxın azdır.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, bu ilin yanvar-mart aylarında Azərbaycan 3,5 mlrd. kubmetr həcmində təbii qaz ixrac edib, bu da 2019-ci ilin birinci rübü ilə müqayisədə 9,4% çoxdur.

Məlumata əsasən, ölkə daxilində qazın faktiki istehlak səviyyəsi isə 4,1 mlrd. kubmetr təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 7% çoxdur.

"Ölkə daxilində qaz istehlakının artımı əsasən əhali kateqoriyasında birbaşa istehlak səviyyəsinin yüksəlməsi və qaz-kimya sənayesinin inkişafı hesabına olub. Neft emalı və neft-kimya məhsullarının ixracı isə yanvar-mart aylarında təqribən 534 min ton13 təşkil edib", - deyə məlumatda qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR