Azərbaycan qaz nəqlini 11,5% artırıb

#
# 19:15
14 avqust 2020

Bu ilin yanvar-iyul ayları ərzində magistral qaz kəmərləri ilə 17833,5 milyon kub-metr qaz nəql edilib. 

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,5% artım müşahidə olunub.

Qazın nəqlinin 38,9%-i Bakı-Tbilisi-Ərzurum boru kəməri vasitəsilə həyata keçirilib və 6944,6 milyon kub-metr qaz ötürülüb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR