Azərbaycan qaz nəqlini yanvar-sentyabrda 8% artırıb

#
# 11:40
16 oktyabr 2020

Bu ilin yanvar-sentyabr ayları ərzində magistral qaz kәmәrlәri ilә 21 515,5 mln. kubmetr qaz nәql edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə,ә әvvәlki ilin müvafiq dövrünә nisbәtәn 8% artım müşahidә olunub.

Qazın nәqlinin 40,6%-i Bakı-Tbilisi-Әrzurum Cәnubi Qafqaz boru kәmәri vasitәsilә hәyata keçirilib vә 8 736,2 mln. kub-metr qaz ötürülüb (ötən ilin yanvar-sentyabr ayı ilə müqayisədə 17,8% artım).

Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilib. Kəmərin uzunluğu 980 km, diametri 42 düymdür.

Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinə ilk ixrac olunan qaz 2007-ci ilin martında vurulub. Boru kəməri 1-i Azərbaycanda, 3-ü Gürcüstanda olmaqla 4 qaz təhvili stansiyasına malikdir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR