Azərbaycan qızıl və gümüş hasilatını artırıb

Azərbaycan qızıl və gümüş hasilatını artırıb
# 23 mart 2020 10:27 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda 665,6 kq qızıl hasil edilib ki, bu da 2019-ci ilin müvafiq dövrü ilə müqayisədə 38% çoxdur.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkədə 856,1 kq gümüş istehsal edilib. Beləliklə, illik müqayisədə bu göstərici də 2 dəfə artıb.

Statistikaya əsasən, 1 mart 2020-ci il tarixinə qızılda 190,1 kq, gümüşdə isə 82,6 kq hazır məhsul ehtiyatı yaranıb.

Qeyd edək ki, hazırda Azərbaycanda qızıl "AzerGold" QSC və Böyük Britaniyanın "Anglo-Asian Mining” şirkəti tərəfindən hasil olunur.

"Anglo-Asian Mining" Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, Britaniya şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR