Azərbaycan son beş ildə qaz hasilatını 20% artırıb

Azərbaycan son beş ildə qaz hasilatını 20% artırıb
# 04 fevral 2020 18:00 (UTC +04:00)

Son beş ildə (2015-2019-cu illər) Azərbaycanda 153,82 mlrd. kubmetr qaz hasil edilib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin göstəriciləri əsasında apardığı hesablamalara görə, hesabat dövründə ölkədə hasil edilən "mavi yanacağ"ın 100,33 mlrd. kubmetri əmtəəlik qazın payına düşüb.

Qeyd edək ki, ölkədə qaz hasilatı üzrə ən yüksək göstəricisi 2019-cu ildə qeydə alınıb və 35,59 mlrd. kubmetr (əmtəəlik – 24,53 mlrd. kubmetr) təşkil edib. Ən aşağı göstərici 2017-ci ildə olub və 28,56 mlrd. kubmetr (əmtəəlik - 18,16 mlrd. kubmetr) təşkil edib.

Hesablamalara əsasən, 2015-ci ildən 2019-cu ilədək Azərbaycanda qaz hasilatı 19,7% artıb (əmtəə qazı üzrə artım 24,4% təşkil edib).

Ölkədə qaz hasilatının artması Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağının işlənilməsinin ikinci mərhələsinin həyata keçirilməsi ilə bağlıdır.

Xatırladaq ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub.

Layihənin iştirakçıları – BP (operator – 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR