Azərbaycan traktor istehsalını bərpa edib

Azərbaycan traktor istehsalını bərpa edib
# 16 sentyabr 2020 16:40 (UTC +04:00)

Azərbaycan avqust ayında traktor istehsalını bərpa edib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2020-ci ilin avqust ayında ölkədə 96 ədəd traktor istehsal olunub. Yanvar-avqust aylarında isə 165 ədəd traktor istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 79,8% azdır. Sentyabrın 1-nə anbarlarda 144 ədəd hazır məhsul ehtiyatı qalıb.

Xatırladaq ki, koronavirus pandemiyası çərçivəsində ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar traktorların istehsalı may ayından etibarən dayandırılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR