Azərbaycan yanvar-fevralda 1,4 mlrd. kubmetrə yaxın qaz ixrac edib

Azərbaycan yanvar-fevralda 1,4 mlrd. kubmetrə yaxın qaz ixrac edib
# 17 mart 2020 17:10 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 158 751,3 min ABŞ dolları dəyərində 1 371 330,08 min kubmetr təbii qaz ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalarına görə, bu ilin iki ay ərzində Azərbaycanın ixrac etdiyi təbii qazın dəyəri 2019-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 25,2%, həcmi isə 32% azalıb.

Xatırladaq ki, ötən il Azərbaycan 2 366 833,7 min ABŞ dolları dəyərində (57,9% artım) 12 537 405,17 min kubmetr (58,7% artım) təbii qaz ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR