Azərbaycan yanvar-oktyabrda 2 mlrd. dollarlıq qaz ixrac edib

Azərbaycan yanvar-oktyabrda 2 mlrd. dollarlıq qaz ixrac edib
# 19 dekabr 2019 12:26 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 9,72 mlrd. kubmetrə yaxın qaz ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26,5% çoxdur.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkədən ixrac edilən qazın dəyəri 2,05 mlrd. ABŞ dollarına yaxın olub ki, bu da illik ifadədə 42%-lik artım deməkdir.

Qeyd edək ki, sözügedən göstəricilər SOCAR-ın və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) məlumatlarına əsasən dərc edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR