Azərbaycanda 2025-ci ilədək elektrik enerjisi tələbatının ödənilməsi üçün daha bir 550 MVt-lıq stansiyaya ehtiyac var

Azərbaycanda 2025-ci ilədək elektrik enerjisi tələbatının ödənilməsi üçün daha bir 550 MVt-lıq stansiyaya ehtiyac var
# 28 oktyabr 2020 17:00 (UTC +04:00)

Azərbaycanda 2020-2025-ci illərdə elektrik enerjisinə olan tələbat 3,5 mlrd. kVt-saat artacaq və bunun da öhdəsindən gəlmək üçün 550 MVt gücündə daha bir elektrik stansiyaya ehtiyac var.

"APA-Economics"in məlumatına görə, bunu Bakı Beynəlxalq Enerji Xartiyası Forumunda çıxış edən Azərbaycanın Energetika Nazirliyinin Aparat rəhbəri Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, bu il təməli qoyulan və 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılan 385 MVt gücündə "Qobu" elektrik stansiyası artan tələbatı qismən ödəyə bilsə də, yeni stansiyanın 2020-2025-ci illər ərzində tikintisi zəruridir.

"Lakin "Enerji səmərəliliyi haqqında" qanun layihəsi qəbul ediləcəyi təqdirdə, yeni tətbiq olunacaq mexanizmlər nəzərə alınaraq Azərbaycan elektrik enerjisinə tələbatı 10% azalda bilər və bu da sözügedən dövr ərzində 350-400 meqavatlıq stansiyanın istehsal həcmi ilə təxminən eynidir", - deyə Z. Məmmədov qeyd edib.

Bundan öncə Energetika naziri Pərviz Şahbazov bildirmişdi ki, 2025-ci ilədək Azərbaycanda elektrik enerjisinə tələbat 25,5 mlrd. kVt-saat qədər artacaq. 

Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 18 968,9 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,4% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR