Azərbaycanda alternativ enerji sahəsində hərraclara çıxarılacaq layihələrin ümumi gücü açıqlanıb

Azərbaycanda alternativ enerji sahəsində hərraclara çıxarılacaq layihələrin ümumi gücü açıqlanıb
# 28 noyabr 2019 10:45 (UTC +04:00)

Azərbaycanda alternativ enerji sahəsinin inkişafı çərçivəsində hərraclara çıxarılacaq 8 coğrafi ərazi üzrə layihələrin ümumi gücü 750 MVt təşkil edir.

"APA-Economics"in məlumatına görə, bu barədə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) və Azərbaycan Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) təşkilati dəstəyi ilə Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadəyə hazırlıq vəziyyətinin qiymətləndirilməsi üzrə Bakıda keçirilən beynəlxalq seminar zamanı Energetika Nazirliyinin Aparat rəhbəri Zaur Məmmədov bildirib.

Onun sözlərinə görə, sözügedən ərazilərdə investisiyalar cəlb edilməklə 5 külək və 3 günəş enerji stansiyaların tikintisi planlaşdırılır.

Seminarda çıxış edən ABOEMDA-nın sədr müavini Cəmil Məlikov qeyd edib ki, Dövlət Agentliyinin Strateji Yol Xəritəsinə uyğun olaraq, başlıca hədəfi 2020-ci ilədək 420 MVt qoyuluş gücü olan külək, günəş və bioenerji stansiyaların quraşdırılması üzrə fəaliyyət davam etdirilir.

Daha sonra bərpa olunan enerjinin sosial-iqtisadi faydalarında danışan IRENA-nın baş proqram icraçısı Prasson Aqarval bərpa olunan enerji mənbələrindən istifadəyə hazırlıq vəziyyətinin qiymətləndirilməsi üzrə təqdimatla çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR