Azərbaycanda avtomobil yanacağının satışı azalıb

Azərbaycanda avtomobil yanacağının satışı azalıb
# 11 sentyabr 2020 15:06 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından əldə etdiyi gəlir 1,331 mlrd. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə 0,5% və ya 6,7 mln. manat azdır.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 5,4%-i avtomobil yanacağının alınmasına sərf olunub. Bu, illik müqayisədə 0,1 faiz bəndi azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR