Azərbaycanda bu il 1 500-ə yaxın minik avtomobili istehsal edilib

Azərbaycanda bu il 1 500-ə yaxın minik avtomobili istehsal edilib
# 18 noyabr 2020 12:00 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 1 497 ədəd minik avtomobili istehsal olunub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə on ayda ölkədə minik avtomobillərinin istehsalı 20,4% azalıb. Təkcə, oktyabrda 115 ədəd minik avtomobili istehsal olunub ki, bu da sentyabr ayı ilə müqayisədə 45,7% azdır. Noyabrın 1-nə anbarlarda 140 ədəd hazır məhsul ehtiyatı qalıb.

Traktorlara gəldikdə isə, ölkədə 2020-ci ilin ilk on ayında 250 ədəd traktor istehsal olunub ki, bu da illik müqayisədə 70,6% azdır. Təkcə ötən ay 30 ədəd traktor konveyerdən buraxılıb ki bu da aylıq müqayisədə 45,4% azdır. Noyabrın 1-nə anbarlarda 112 ədəd hazır məhsul ehtiyatı qalıb.

Xatırladaq ki, minik avtomobillərinin istehsalında azalma koronavirus pandemiyası çərçivəsində ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədardır. Belə ki, cari ilin aprelindən ölkədə minik avtomobillərinin istehsalı dayandırılmışdır. İstehsal yalnız iyunda bərpa olunub. Traktorların istehsalı isə may ayından etibarən dayandırılıb və yalnız avqustda bərpa olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR