Azərbaycanda bu il 2,5 mln. ton neft emal edilib

Azərbaycanda bu il 2,5 mln. ton neft emal edilib
# 24 iyun 2020 09:58 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanda 2,5 mln. ton neft emal edilib.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 61,3 min ton az olub.

Qeyd edək ki, Azərbaycanda neftin emalı SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) həyata keçirilir. Bu il NEZ-də 6,1 mln. tona yaxın neft emal ediləcəyi proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR