Azərbaycanda elektrik şəbəkəsinə qoşulma müddəti 20 günə, prosedur isə 2-yə endirilib

Azərbaycanda elektrik şəbəkəsinə qoşulma müddəti 20 günə, prosedur isə 2-yə endirilib
# 27 noyabr 2019 11:48 (UTC +04:00)

"Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 2018-ci il tarixində “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Fərmanına əsasən, şəbəkəyə qoşulma müddəti 24 gündən 20 günə, prosedurlar isə 3-dən 2-yə endirilib".

"APA-Economics"in məlumatına görə, bunu mətbuat konfransında “Azərişıq” ASC-nin “ASAN xidmət”lə iş və elektron idarəetmə departamentinin direktoru Elsevər Rüstəmli deyib.

Onun sözlərinə görə, fərmanın 2.4-cü bəndinin icrası ilə əlaqədar olaraq qoşulma haqqı Nazirlər Kabinetinin 27 aprel 2018-ci il 180 nömrəli qərarı ilə müəyyən olunub ki, bu da sahibkar müraciətlərinin daha da sadələşdirilməsinə səbəb olub.

“Azərişıq” ASC-nin Elektron Müraciətlərin İdarə Olunması Sisteminin “Elektron hökumət” portalı üzərində bir çox dövlət qurumlarının elektron sistemlərinə inteqrasiya edilməsi sahibkarların onlayn qaydada, bir neçə dəqiqə ərzində müraciət etməsinə şərait yaradıb. Sahibkarların müraciətlərinin sayında sürətli artımın müşahidə olunması heç şübhəsiz ki, aparılan islahatlarla bağlıdır.

"Qeyd edək ki, 20-dən çox biznes mərkəzlərdə və əhalinin intensiv olduğu mərkəzi küçə və prospektlərdə reklam lövhələri yerləşdirilib, bəzi KİV-lərdə reklam çarxları yayımlanıb. Aparılan islahatların nəticəsində keçən ilin ilk 10 ayı ərzində 2 600-ə yaxın müraciət daxil olduğu halda bu ilin ilk 10 ayı ərzində 3 800-ə yaxın müraciət olunub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 25% artım deməkdir", - deyə E. Rüstəmli qeyd edib.

O həmçinin əlavə edib ki, elektron müraciətlərin İdarəolunması sistemi vasitəsilə hazırda hər bir sahibkar onlayn qaydada obyektinə işıq çəkdirə biləcək.

İndi “www.azerishiq.az” saytına, oradan isə Elektron Müraciətlərin İdarəolunması Sisteminə daxil olan sahibkar linki (HYPERLINK "https://www.e-gov.az/az/services/readwidenew/3774" https://www.e-gov.az/az/services/readwidenew/3774) vurmaqla Elektron Hökumət portalına keçir və sistem digər dövlət qurumları ilə inteqrasiya olunduğu üçün müraciət edən özünə aid məlumatları ümumi bazadan götürür: “Reyester və qeydiyyat nömrələri sistemə daxil edilən kimi dərhal obyektin koordinatları ilə obyektə ən yaxın transformator məntəqəsi avtomatik müəyyənləşir. Bununla da sahibkar tələb olunan gücü müəyyənləşdirib, qoşulma haqqını hesablayır və onlayn qaydada ödəyir. Nəticədə müraciət avtomatik icraata yönləndirilir və 20 gündən gec olmayaraq sahibkar elektrik enerjisi ilə təmin olunur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR