Azərbaycanda gündəlik qaz istehlakı 28% artıb

Azərbaycanda gündəlik qaz istehlakı 28% artıb
# 11 fevral 2020 10:50 (UTC +04:00)

Fevralın 10-dan etibarən ilk dəfə olaraq qaza tələbat gözlənildiyindən xeyli artıb.

“Azəriqaz” İB-dən “APA-Economics”ə verilən məlumata görə, qeyd olunan tarixdə respublika üzrə qaza tələbat sutkalıq 41 mln. kubmetrə çatıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 28% çoxdur. Ötən il bu gün (10 fevral 2019 il) üçün tələbat 32 mln. kubmetrə yaxın olub. 2019-cu ilin təcrübəsinə görə sutkalıq tələbat 35 mln. kubmetri keçmirdi (maksimum göstərici – red.).

Məlumata görə, Bakı şəhəri üzrə hazırda qaza olan tələbat 22 mln. kubmetrdən çox (2019-cu ildə 17 mln. kubmetr), regionlar üzrə isə qaza olan tələbat 17 mln. kubmetrdən çox (2019-cu ildə 13 mln. kubmetr) təşkil edir.

“Tələbatın bu həddə çatmasının reallıqlarının əsasında abonent sayının artması, qazdan istifadəyə görə borclu olan istixana sahiblərinə “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi tərəfindən edilən güzəştlər, sənaye müəssisələrinin qaza olan ehtiyacının vaxtında təminatı, eləcə də şəbəkənin saz vəziyyətdə saxlanılaraq fasiləsiz və rejimlərə uyğun normal qaz təchizatının həyata keçirilməsi dayanır”, - məlumatda qeyd edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR