Azərbaycanda günəş panelinin quraşdırılması üçün nə etmək lazımdır?

Azərbaycanda günəş panelinin quraşdırılması üçün nə etmək lazımdır?
# 06 mart 2020 15:00 (UTC +04:00)

Hazırda biz texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq ki, bu da bir çox sahələrin imkanlarından daha asan və əlverişli şərtlərlə yararlanmağa şərait yaradır. Bütün bunlar alternativ və bərpa olunan enerji mənbələri sahəsinə də aiddir.

Hələ 5-10 il bundan öncəki vəziyyətə nəzər saldıqda görmək olur ki, hazırda sözügedən sahə iqtisadi baxımından bir qədər də səmərəli olub. Buna görə də alternativ və bərpa olunan enerjidən istifadə adi vətəndaşlar və sahibkarlar üçün daha əlçatan olub.

Azərbaycanda da alternativ və bərpa olunan enerji mənbələri sahəsi fəal inkişaf edir. Ölkədə elektrik enerjinin bərpa olunan enerji mənbələrindən (günəş, külək, biokütlə) generasiya edilməsinin artırılması üçün böyük işlər aparılır. Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsal edən iri stansiyaların yaradılması üçün layihələr həyata keçirilir. Bununla yanaşı, enerji təchizatında məhdudiyyətlər olduğu halda və ya özlərini müstəqil olaraq elektrik enerjisi ilə təmin etmək istəyi olan hər bir Azərbaycan vətəndaşı sərbəst, heç bir problem və əngəl olmadan evinin damında, həyətində və ya təsərrüfat sahəsinə kiçik bir elektrik stansiyası quraşdıra bilər.

Qeyd etmək lazımdır ki, hazırda respublikada 150 kVt gücünədək günəş foto-elektrik panellərinin istifadəsi üçün heç bir xüsusi icazə lazım deyil. Lakin 150 kVt həddindən çox böyük gücdür. Adi yaşayış evlərinin elektrik enerjisi ilə təmin edilməsi üçün 3-4 kVt gücündə günəşlə işləyən qurğuların quraşdırılması yetərlidir. Belə bir elektrik stansiyasını işlətmək üçün abonent (fiziki və ya hüquqi şəxs) sadəcə müqaviləni yeniləmək və yeni sayğac almaq üçün "Azərişıq" ASC-ə a müraciət etməli olacaq.

Qoyuluş gücü 3 kVt olan elektrik stansiyanın quraşdırılması təxminən 3 750 manata başa gələ bilər, bu da ildə 4 min. kVt-saat elektrik enerjisinin (fiziki şəxslər üçün 440 manat dəyərində – 1 kVt-saatı 11 qəpikdən hesablama şərti ilə, hüquqi şəxslə üçün 360 manat – 1 kVt-saatı 9 qəpikdən hesablama şərti ilə) istehsalı üçün imkan yaradır.

Yəni il ərzində istifadəçilər günəş panellərinin quraşdırılmasına xərclədiyi vəsaitin 10%-i dəyərində enerji əldə edə bilirlər. Bu da o deməkdir ki, 10 il ərzində istifadəçi tərəfindən qoyulan investisiya özünü doğruldacaq. Sonrakı istismar dövründə isə (10-15 il və ya daha uzun müddət ərzində) qurğunun işlənilməsi istifadəçiyə qazanc gətirəcək və qənaət etməyə imkan verəcək.

Müvafiq olaraq, şəxsi ərazidə kiçik bir günəş elektrik stansiyası qurmaq istəyənlər yalnız bu cür qurğuların inşasında ixtisaslaşan bir şirkətlə (məsələn, Norveçin "Provitaz" şirkəti) əlaqə qurmaq kifayətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR