Azərbaycanda günəşlə işləyən stansiyalar enerji istehsalını artırıb

Azərbaycanda günəşlə işləyən stansiyalar enerji istehsalını artırıb
# 20 avqust 2020 11:20 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda küləklə işləyən stansiyalar 61,2 mln. kVt-saat elektrik enerjisi istehsal ediblər ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 13,9% azdır.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, günəş enerjisi ilə işləyən stansiyalar isə enerji istehsalını artırıb. Belə ki, yanvar-iyul aylarında günəşlə işləyən stansiyalar tərəfindən 27,1 mln. kVt-saat elektrik enerjisi istehsal edilib, bu da ötən ilin eynin dövrü ilə müqayisədə 5,4% çoxdur.

Qeyd edək ki, hesabat dövründə ölkədə 15 141 mln. kVt-saat elektrik enerjisi istehsal edilib (6,9%-lik artım).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR