Azərbaycanda sənaye istehsalı 1,4% artıb

Azərbaycanda sənaye istehsalı 1,4% artıb
# 11 dekabr 2019 16:56 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 42,2 mlrd. manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4% çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsində "APA-Economics"ə verilən məlumata görə, ötən dövr sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 13,9% artıb.

Məlumata əsasən, sənaye məhsulunun 70% mədənçıxarma sektorunda, 25,1% emal sektorunda, 4,2% elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7% isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

"Mədənçıxarma sektorunda neft hasilatı 3,4% azalıb, əmtəəlik qaz hasilatı isə 27,1% artıb", -deyə məlumatda qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR