Azərbaycanda sənaye istehsalı 3,1% azalıb

Azərbaycanda sənaye istehsalı 3,1% azalıb
# 14 sentyabr 2020 12:36 (UTC +04:00)

Azərbaycanın sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar-avqust aylarında 24,7 mlrd. manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,1% az sənaye məhsulu istehsal edilib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu azalma neft-qaz sektorunda məhsul istehsalının 4,9% azalması hesabına baş verib, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 13,6% artıb.

Sənaye məhsulunun 60,7%-i mədənçıxarma sektorunda, 33,1%-i emal sektorunda, 5,3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,2% azalıb, əmtəəlik qaz hasilatı isə 12,2% artıb.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 9,5 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 2,3 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 96,4%, sair nəqliyyat vasitələrinin istehsalı 63%, maşın və avadanlıqların istehsalı 50,4%, ağacın emalı və ağacdan məmulatların istehsalı 39,5%, tütün məmulatlarının istehsalı 38,7%, kompüter, elektron və optik məhsulların istehsalı 36,8%, geyim istehsalı 32%, kağız və karton istehsalı 30,6%, rezin və plastik kütlə məmulatlarının istehsalı 23,3 %, kimya sənayesi məhsullarının istehsalı 13,4%, poliqrafiya məhsullarının istehsalı 11,9%, toxuculuq sənayesi məhsullarının istehsalı 4,7%, elektrik avadanlıqlarının istehsalı 3,4%, neft məhsullarının istehsalı 2,2% artıb, qida məhsullarının istehsalı 0,8%, tikinti materiallarının istehsalı 1,8%, hazır metal məmulatlarının istehsalı 3,8%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 6,3%, içkilərin istehsalı 9%, mebel istehsalı 19,3 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 44,6% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 9,7% artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,7 % azalma baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR