Azərbaycanda ucqar yaşayış məntəqələrinin alternativ enerji mənbələri ilə təminatının araşdırılması layihəsinə başlanılıb

#
# 15:18
28 noyabr 2019

Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABEMDA) tabeliyində fəaliyyət göstərən "Azalternativenerji" MMC tərəfindən "Texniki iqtisadi cəhətdən qazlaşdırılması səmərəli olmayan ucqar yaşayış məntəqələrinin alternativ enerji mənbələri ilə təminatı məsələsinin araşdırılması və müvafiq təkliflərin hazırlanması" üzrə layihəsinin icrasına başlanılıb.

"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycan Energetika Nazirliyi tərəfindən “Texniki iqtisadi cəhətdən qazlaşdırılması səmərəli olmayan ucqar yaşayış məntəqələrinin alternativ enerji mənbələri ilə təminatı məsələsinin araşdırılması və müvafiq təkliflərin hazırlanması” layihəsi çərçivəsində təşkil olunan ilkin seminarda çıxış edən Energetika nazirinin müavini Samir Vəliyev söyləyib.

Seminar zamanı S. Vəliyev sözügedən layihənin vacibliyini qeyd edib.   

Qeyd edək ki, layihə üzrə Energetika Nazirliyi tərəfindən keçirilən tenderin qalibi və layihənin icraçısı ABEMDA-nın tabeliyində fəaliyyət göstərən “Azalternativenerji” MMC olub.

Seminarda çıxış edən ABEMDA-nın sədr müavini cənab Cəmil Məlikov ölkədə bərpa olunan və alternativ enerjinin inkişafı sahəsində edilən vacib addımlar haqqında danışıb.

Seminarda ölkə regionlarında enerji təminatı barədə zəruri məlumatlar verilib və “Alternativ enerji təchizatı variantları” üzrə mövzular müzakirə olunub. Bundan başqa enerji sahəsində beynəlxalq nüfuza malik Almaniyanın “88K” şirkətinin maye qaz sistemlərinin tətbiqi təcrübəsi üzrə təqdimatlar keçirilib. Təqdimatlarda şirkətin həll yolları və tətbiqləri üzrə təcrübəsi nümayiş olunub.

Layihənin əsas məqsədi Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin Tədbirlər Planına əsasən “4.1.5 Texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəli olmayan ucqar yaşayış məntəqələrinin alternativ mənbələrlə enerji təminatının həyata keçirilməsi” prioritetinin reallaşması nəticəsində kəndlərin sosial rifahının yaxşılaşdırılmasıdır.

Layihənin məqsədinin reallaşması üçün bu istiqamətdə problemlərin həlli yollarına dair təkliflərin hazırlanması, alternativ mənbələrlə təminatın həyata keçirilməsi, eləcə də beynəlxalq təcrübənin və ölkədə mövcud vəziyyətin araşdırılması bunun bağlı hazırlanmış təklifləri aidiyyəti qurumlara təqdim olunması kimi vəzifələr yerinə yetiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR