Azərbaycanda yanvarda metanolun istehsalı 42% artıb - CƏDVƏL

Azərbaycanda yanvarda metanolun istehsalı 42% artıb - CƏDVƏL
# 18 fevral 2020 10:05 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 108,6 mln. manatlıq məhsul istehsal edilmiş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 60%, kimya sənayesində 40,5%, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 3,5% artıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, əsas kimya məhsullarından metanol istehsalı 42%, oksigen istehsalı 15,3%, propilen istehsalı 12,5%, etilen istehsalı 4,1% artıb. Rezin və plastik kütlə məmulatlarından məsaməli polistirol lövhələr və zolaqların istehsalı 3,6 dəfə, plastik boruların istehsalı 2,8 dəfə artıb.

Azərbaycanda kimya məhsullarının istehsalı dinamikası:

Məhsul növləri

2020-ci il, yanvar

2019-cu ilim yanvarı iılə nisbətən, %

Azot, min kub m

1 941,9

98,4

ondan əmtəəlik

81,9

72,9

Yod, ton

13,5

85,4

Oksigen, min kub m

240,2

115,3

ondan əmtəəlik

235

116,5

Propilen, min ton

10,8

112,5

ondan əmtəəlik

10,8

112,5

Polietilen, min ton

10,2

84,8

Etilen, min ton

12,8

104,1

Metanol (metil spirti), min ton

42,8

142

Lak-boya məmulatları, ton

859,8

62,7

Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton

1 925,2

177,2

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR