Azərbaycanın "Aİ-95" və "Aİ-98" markalı benzinin idxal etdiyi ölkələrin reytinqi - SİYAHI

Azərbaycanın "Aİ-95" və "Aİ-98" markalı benzinin idxal etdiyi ölkələrin reytinqi - SİYAHI
# 20 noyabr 2020 14:45 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 38 326,8 min ABŞ dolları dəyərində 65 172,07 ton "Aİ-95" ("Premium") markalı avtomobil benzini idxal edib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, cari ilin ilk 9 ayında Azərbaycana "Aİ-95" markalı avtomobil benzininin əsas ixracatçısı Rusiya olub. Belə ki, Azərbaycanın sözügedən markalı benzin üzrə idxalının 60,4%-i məhz Rusiyanın payına düşüb. Yanvar-sentyabrda Azərbaycan Rusiyadan 23 413,22 min dollar dəyərində 39 376,6 ton "Aİ-95" markalı benzin idxal edib ki, bu da illik müqayisədə müvafiq olaraq 69,2% və 2,3 dəfə çoxdur.

Bundan əlavə, hesabat dövründə Azərbaycan bu ölkədən 229,06 ton "Aİ-98" markalı benzin idxal edib. Qeyd edək ki, ötən il Azərbaycana Rusiyadan sözügedən markalı benzin idxal edilməyib.

Bununla yanaşı, cari ilin 9 ayında Azərbaycan 1 500,72 min dollar dəyərində 1 892,54 ton "Aİ-98" ("Super") markalı avtomobil benzini idxal edib.

Hesabat dövründə Azərbaycana "Aİ-98" ("Super") markalı benzininin ixracı üzrə 62,6%-lə Belarus lider olub. Belə ki, Azərbaycan yanvar-sentyabrda bu ölkədən 1 185,35 ton "Aİ-98” benzini idxal edib. Bu, illik müqayisədə 13,8% azdır.

Azərbaycana "Aİ-95" və "Aİ-98" benzinini ixrac edən ölkələrin siyahısı:

#

Ölkə

2020-ci ilin yanvar-sentyabrında həcmi, ton

2020-ci ilin yanvar-sentyabrında dəyəri, min $

2019-cu ilin yanvar-sentyabrında həcmi, ton

2019-cu ilin yanvar-sentyabrında dəyəri, min $

"Aİ-95", cəmi

65 172,07

38 326,8

39 358,70

30 079,86

1

Rusiya

39 376,60

23 413,22

17 497,02

13 841,20

2

Rumıniya

20 222,54

11 186,40

21 761,64

16 151,11

3

Bolqarıstan

3 430,67

2 233,54

-

-

4

İran

2 142,25

1 493,65

46,93

43,78

5

Yunanıstan

-

-

53,10

43,77

"Aİ-98", cəmi

1 892,54

1 500,72

1 375,9

1 219,71

1

Belarus

1 185,35

918,18

1 375,9

1 219,71

2

Yunanıstan

268,30

217,05

-

-

3

Rusiya

229,06

201,45

-

-

4

Rumıniya

209,83

164,04

-

-

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR