Azərbaycanın bu il neft ixrac etdiyi ölkələr - REYTİNQ

Azərbaycanın bu il neft ixrac etdiyi ölkələr - REYTİNQ
# 19 aprel 2021 13:00 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycan İtaliyaya 1 358 153,34 min ABŞ dolları dəyərində 3 630 329,4 ton neft ixrac edib. Bununla da, İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə Hindistan yer alıb. Belə ki, hesabat dövründə Azərbaycan bu ölkəyə 346 185,84 min dollar dəyərində 845 590,52 ton neft ixrac edib.

Məlumata görə, Azərbaycanın neft ixracı üzrə siyahıda İspaniya üçüncü yer tutur. Yanvar-mart aylarında bu ölkəyə 179 876,63 min dollar dəyərində 517 887,6 ton neft ixrac edilib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, Azərbaycan bu ilin ilk üç ayında 16 ölkəyə neft ixrac edib.

Azərbaycanın neft ixrac etdiyi ölkələrin tam siyahısı:

#

Ölkələr

Miqdar, ton

Məbləğ, min $

Cəmi

7 047 438,98

2 664 616,34

1

İtaliya

3 630 329,4

1 358 153,34

2

Hindistan

845 590,52

346 185,84

3

İspaniya

517 887,6

179 876,63

4

Ukrayna

339 389,1

111 480,59

5

Portuqaliya

312 238,47

123 689,47

6

İsrail

305 699,37

124 942,82

7

Çin

277 516,67

102 592,36

8

Xorvatiya

187 115,67

61 850,91

9

Belarus

181 551,25

76 241,21

10

Böyük Britaniya

180 697,99

81 134,71

11

Almaniya

91 823,81

37 383,31

12

Rumıniya

84 725,08

30 584,11

13

Avstraliya

54 975,82

20 884,24

14

Tunis

29 783,94

6 786,9

15

Türkiyə

7 948,39

2 774,2

16

Rusiya

165,91

55,62

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR