Azərbaycanın neft-qaz sektoruna sərmayələr 30% artıb

Azərbaycanın neft-qaz sektoruna sərmayələr 30% artıb
# 26 mart 2020 13:40 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın neft-qaz sektoruna 937,5 mln. manat həcmində vəsait yönəldilib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30% çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2019-cu ilin yanvar-fevral aylarında ölkənin neft-qaz sektoruna 720,9 mln. manat yönəldilib.

Qeyd edək ki, ötən beş il ərzində (2015-2019-cu illərdə) Azərbaycanın neft-qaz sektoruna 35 665,1 mln. manat həcmində vəsait yönəldilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR