Azərbaycanın neft-qaz sektoruna sərmayələr 32% artıb

Azərbaycanın neft-qaz sektoruna sərmayələr 32% artıb
# 18 aprel 2020 12:48 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanın neft-qaz sektoruna 1 442,6 mln. manat həcmində vəsait yönəldilib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,7% çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2019-cu ilin yanvar-mart aylarında ölkənin neft-qaz sektoruna 1 094,8 mln. manat yönəldilib.

Qeyd edək ki, ötən beş il ərzində (2015-2019-cu illərdə) Azərbaycanın neft-qaz sektoruna 35 665,1 mln. manat həcmində vəsait yönəldilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR