Azərbaycanın qızıl ixracından gəlirləri 12%-ə yaxın artıb

Azərbaycanın qızıl ixracından gəlirləri 12%-ə yaxın artıb
# 29 aprel 2020 10:34 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycan 36,3 mln. ABŞ dolları dəyərində qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda) ixrac edib ki, bu da 2019-cu ilin müvafiq göstəricisi ilə müqayisədə 11,7% çoxdur.

Bu barədə "APA-Economics" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən xəbər verir.

Məlumata görə, 2019-cu ilin yanvar-martında Azərbaycan 32,5 mln. dollar dəyərində qızıl ixrac edib.

Qeyd edək ki, ötən il Azərbaycan 172,4 mln. dollar dəyərində qızıl ixrac edib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 46,1% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR