BDT-nin yeni tənzimləməsi dünya bazarında Azərbaycan neftinə təlabatı artırıb

BDT-nin yeni tənzimləməsi dünya bazarında Azərbaycan neftinə təlabatı artırıb
# 09 dekabr 2019 11:32 (UTC +04:00)

Beynəlxalq Dəniz Təşkilatının (BDT) 2020-ci ilin 1 yanvar tarixindən qüvvəyə minəcək yanacaq daşımaları üzrə yeni tənzimləməsi dünya bazarında Azərbaycanın "Azeri Light" (CIF) markalı neftinə olan tələbatı artırıb.

"APA-Economics"in "Hellenic Shipping News Wordwide"a istinadən verdiyi məlumata görə, BDT-nin yeni tənzimləməsi yanacağın tərkibində kükürdün 0,5%-dən çox olmamasını nəzərdə tutur. Nəzərə alaraq ki, "Azeri Light" markalı neft aşağı kükürd tərkibli xam neftdir və ona olan tələbat bazardakı neft emalı zavodları tərəfindən artıq çoxalıb və yeni iqtisadi mühitdə belə davam edəcəyi proqnozlaşdırılır.

Bundan əlavə, digər aşağı kükürd tərkibli Əlcəzairin "Saharan Blend" markalı neftinə də tələbat artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR