"BOS Shelf" Silahlı Qüvvələrə Yardım Fonduna 1 mln. manat köçürüb

"BOS Shelf" Silahlı Qüvvələrə Yardım Fonduna 1 mln. manat köçürüb
# 10 oktyabr 2020 11:34 (UTC +04:00)

“BOS Shelf” şirkəti Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşan Milli Ordumuza dəstək olmaq məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 1 mln. manat vəsait köçürüb.

"Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzla hədsiz dərəcədə qürur duyuruq. Vətənimizi qoruyan və ərazi bütövlüyü uğrunda mübarizə aparan hər bir insanla fəxr edirik. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!", - şirkətin məlumatında deyilir.

“BOS Shelf”in orduya çağırılan hər bir işçisinə onların mövcud aylıq əmək haqlarının iki misli məbləğində hərbi xidmətin sonunadək ödəniş olacağı bildirildi.

"Hazırda “BOS Shelf”in 60-dan çox əməkdaşı orduya çağırılıb. Bu cəsarətli yolda hər bir işçimizi dəstəkləyirik və dəstəkləyəcəyik", - deyə şirkət bildirib.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu ümummilli lider Heydər Əliyevin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR