BP I rübü 4 mlrd. dollar zərərlə yekunlaşdırıb

BP I rübü 4 mlrd. dollar zərərlə yekunlaşdırıb
# 28 aprel 2020 12:22 (UTC +04:00)

Bu ilin I rübündə BP şirkətinin səhmdarlara aid olan xalis zərəri 2019-cu ilin birinci rübündə qeydə alınan 2,934 mlrd. ABŞ dolları mənfəətə qarşı 4,365 mlrd. dollar təşkil edib.

Bu barədə "APA-Economics" şirkətə istinadən xəbər verir.

Məlumata əsasən, şirkətin bir səhm üzrə zərəri 2019-cu ilin ilk rübündə bir səhm üçün 0,14 dollar mənfəətə qarşı 0,22 dollar təşkil edib. Şirkətin rüblük gəliri 59,54 mlrd. dollara qədər (illik nisbətdə 12% azalma) azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR