BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə xərcləri 17,5% artıb

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə xərcləri 17,5% artıb
# 29 aprel 2021 15:43 (UTC +04:00)

Bu ilin I rübündə BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə yerli şirkətlərlə birbaşa və regionda fəaliyyət göstərən xarici podratçılarla imzaladığı müqavilələr üzrə yerli işçi qüvvəsinə (xidmətlərə) və materiallara çəkilmiş bilavasitə (subpodratçı) xərcləri 505,5 mln. ABŞ dolları təşkil edib, bu da illik müqayisədə 17,5% artım deməkdir.

"APA-Economics"in BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2021-ci ilin I rübünün yekunlarına dair dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, hesabat dövründə BP yerli tərəfdaşı olan birgə müəssisələr (14 müəssisə üzrə) çərçivəsində 268,8 mln. dollar xərcləyib.

Hesabata görə, şirkət birinci rübdə xarici podratçıların ölkə daxilində məsrəflərinə 110,4 mln. dollar xərcləyib. Bundan başqa, hesabat dövründə BP-nin 168 kiçik və orta müəssisə üzrə xərcləri 116,2 mln. dollar, 20 dövlət şirkəti üzrə xərcləri isə 10,1 mln. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR