BP pandemiyadan sonra qlobal neft tələbatının azalmasını istisna etmir

BP pandemiyadan sonra qlobal neft tələbatının azalmasını istisna etmir
# 12 may 2020 17:14 (UTC +04:00)

BP şirkətinin rəhbəri Bernard Luni koronavirus (COVID-19) pandemiyasından sonra qlobal neft tələbatının azalmasını istisna etmir.

Bu barədə “APA-Economics” Rusiya mətbuatına istinadən xəbər verir .

“Neftə olan tələbatın azalması ehtimalları artır”, - deyə B. Luni qeyd edib.

Onun sözlərinə görə, səyahətlərdə ehtiyacı azaldaraq, uzaqdan işləməyə imkan verən texnologiyaların istifadəsi pandemiyadan sonra uzun müddət də davam edə bilər.

B. Luni onu da vurğulayıb ki, pandemiyanın yayılması gələcək illərdə neftlə bağlı problemləri daha da artırır, çünki səyahətlərə qoyulan qadağaları və məhdudiyyətlər neftə olan istehlakı üçdə bir azaldıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR