BTC ilə bu il 12,5 mln. tondan çox neft nəql edilib

BTC ilə bu il 12,5 mln. tondan çox neft nəql edilib
# 12 iyun 2020 14:35 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanda magistral neft kəmərləri ilə 15 646 min ton neft nəql edilib, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 5,4% azdır.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, nəqletmənin 80,1%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-may ayları ərzində bu kəmər vasitəsilə 12 529,4 min ton neft ötürülüb (2019-cu ilin yanvar-may ayları ilə müqayisədə 6,6%-lik azalma).

"Dövr ərzində BTC kəməri ilə 1 790,2 min ton tranzit nefti də (9,8% azalma – red.) nəql edilib", - məlumatda bildirilir.

Qeyd edək ki, kəmərin gündəlik ötürmə qabiliyyəti 1 mln. bareldir. BTC boru kəmərinin neftlə doldurulmasına 2005-ci il mayın 6-da başlanılmış və bu kəmərlə nəql edilmiş ixrac xam nefti yüklənmiş ilk tanker 2006-cı il iyunun 4-də yola salınıb.

Xatırladaq ki, "BTC Co."nun səhmdarları sırasına BP (30,1%), "AzBTC" (25%), MOL (8,9%), "Equinor" (8,71%), TPAO (6,53%), "Eni" (5%), "Total" (5%), ITOCHU (3,4%), INPEX (2,5%), "ExxonMobil" (2,5%) və "ONGC (BTC) Limited" (2,36%) şirkətləri yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR