BTC ilə indiyədək 3,5 mlrd. bareldən çox neft nəql edilib

BTC ilə indiyədək 3,5 mlrd. bareldən çox neft nəql edilib
# 02 oktyabr 2020 18:03 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə Türkiyə ərazisi ilə 161,962 mln. barel neft nəql olunub ki, bu da illik ifadədə 9,3% azdır.

"APA-Economics"in Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkətinə istinadən verdiyi məlumata görə, ötən ilin yanvar-sentyabr aylarında kəmər vasitəsilə Türkiyə ərazisi ilə 178,65 mln. barel yaxın neft nəql edilib.

Şirkətin məlumatına əsasən, 2006-cı ildən (kəmər istifadəyə veriləndən – red.) indiyədək BTC ilə ümumiyyətlə 3,522 mlrd. barel neft nəql olunub.

Qeyd edək ki, 2019-cu ildə BTC vasitəsilə dünya bazarlarına 233,176 mln. barel neft nəql edilib. Bu, 2018-ci ilin göstəricisi ilə müqayisədə 8% azdır.

BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarında hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsilə Orta Asiya istehsalçılarının nefti də Türkiyə ərazisinə göndərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR