BTC kəməri ilə Türkiyə ərazisi ilə bu il 110 mln. bareldən çox neft nəql edilib

BTC kəməri ilə Türkiyə ərazisi ilə bu il 110 mln. bareldən çox neft nəql edilib
# 22 iyul 2020 17:58 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 111,08 mln. barelə yaxın neft nəql edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1% azdır.

"APA-Economics"in Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkətinə istinadən verdiyi məlumata görə, 2019-cu ilin yanvar-iyun aylarında kəmər vasitəsilə Türkiyə ərazisi ilə 120,82 mln. barel neft nəql edilib.

Qeyd edək ki, ötən il Türkiyə ərazisi ilə BTC vasitəsilə 235 243 min barel neft nəql edilib, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 8,03% azdır.

BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarında hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsi ilə Orta Asiya istehsalçılarının nefti də Türkiyə ərazisinə göndərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR