Bakıda hazır metal məmulatlarının istehsalı ötən il kəskin artıb

Bakıda hazır metal məmulatlarının istehsalı ötən il kəskin artıb
# 03 fevral 2020 13:07 (UTC +04:00)

Ötən il Bakıda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 427,6 mln. manatlıq məhsul istehsal olunub.

Bakı Statistika İdarəsində "APA-Economics"ə verilən məlumata görə, 2018-ci ilin göstəricisi ilə müqayisədə metallurgiya sənayesində 28,5% azalma, hazır metal məmulatlarının istehsalı sahəsində isə 63,4% artma müşahidə olunub.

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində əsas məhsul növlərinin buraxılışı:

Məhsul növləri

2019-cu il

2018-ci il ilə nisbətən, %

01.01.2020-ci il vəziyyətinə hazır məhsul ehtiyatı

Metallurgiya sənayesi məhsulları

Armatur, min ton

300,6

97,2

5,7

Alüminium çubuqlar, millər və profillər, ton

952,0

120,9

171,7

Hazır metal məmulatlarının istehsalı

Qara metallardan sair konstruksiyalar, ton

13 082,7

2,4 dəfə

5 543,3

Misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, tros və kabellər, ton

4 861,5

58,7

-

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR