Bakının Suraxanı və Nizami rayonlarının bəzi ərazilərini əhatə edən yüksək gərginlikli xəttə baş verən qəza nəticəsində elektrik enerjisinin verilişində fasilə yaranıb.
"APA-Economics" "Azərenerji" ASC-nin ictimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayevin verdiyi açıqlamasına istinadən xəbər verir ki, əməliyyat heyətinin operativ fəaliyyəti nəticəsində elektrik enerjisinin verilişi bərpa edilib.
16:19
110 kilovoltluq stansiyada baş verən təkan nəticəsində Bakının bir hissəsinə elektrik enerjisinin verilməsində qısa fasilə yaranıb.
"APA-Economics"in məlumatına görə, hazırda problem aradan qaldırılıb və elektrik enerjisinin ümumi şəbəkəyə verilməsi hissə-hissə bərpa olunur.