"Baku Steel Company" ixracını 21% azaldıb

"Baku Steel Company" ixracını 21% azaldıb
# 31 avqust 2020 13:52 (UTC +04:00)

Bu ilin yanvar-iyul ayları ərzində "Baku Steel Company" MMC 15,3 mln. ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,1% azdır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, keçən ilin müvafiq dövründə şirkət 19,4 mln. dollar dəyərində məhsul ixrac edib.

"Baku Steel Company" Azərbaycanın metallurgiya sənayesinin inkişafında əsas rolu olan poladəritmə müəssisəsidir. Zavodda müxtəlif markalı polad pəstahlar, armaturlar istehsal edilir. Həmçinin, istehsal edilən məhsullar sırasına şveller, künclük, ikitavr və katanka daxildir.

Müəssisənin poladəritmə üzrə ümumi istehsal gücü 1,1 mln. tona çatdırılıb. Şirkət Rusiya, Gürcüstan və digər ölkələrə məhsullarını ixrac edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR