Baltikyanı ölkələr ilk dəfə olaraq Rusiyadan elektrik enerjisinin idxalını dayandırıb

#
# 12:58
12 aprel 2021

Baltikyanı ölkələr BRELL enerji halqasından (Belarus, Rusiya, Estoniya, Latviya və Litva) çıxma eksperimenti çərçivəsində ilk dəfə olaraq Rusiyadan elektrik enerjisinin idxalından tam imtina edib.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Latviya, səbəblərini izah etmədən 8 və 11 aprel tarixlərində Rusiyadan elektrik enerjisinin kommersiya idxalının dayandırıb. Bu, Belarus və Litva arasında elektrik ötürücü xəttinin sınağı zaman baş verib.

Xatırladaq ki, BRELL enerji halqası Belarus, Rusiya, Estoniya, Latviya və Litvanın enerji sistemlərinin sinxron işləməsi sistemidir. Son üç ölkə 2025-ci il üçün BRELL-dən imtinada edərək, öz enerji sistemlərinin qitə Avropa və Skandinaviya ilə birləşdirməyə planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR