Belarus Rusiya neftinin tranziti üçün tarifi artırıb

#
# 15:34
31 yanvar 2020

Belarusun Antiinhisar Tənzimləmə və Ticarət Nazirliyi bu ilin fevralın 1-dən "Qomeltransneft Drujba"nın respublika ərazisindən neftin tranziti üzrə xidmətləri üçün tarifləri 6,6% artırıb.

Bu barədə "APA-Economics" Belarusun Antiinhisar Tənzimləmə və Ticarət Nazirliyinə istinadən xəbər verir.

Nazirliyin məlumatına görə, Minsk və Moskva Rusiya neftinin Belarus üzərindən tranziti üçün tarifin hansı həcmdə artırılması ilə bağlı razılığa gələ bilməyiblər və bu səbəbdən tərəflər arasında əvvəl təsdiqlənmiş metodologiyaya uyğun olaraq, fevralın 1-dən tarif artırılacaq.

Rusiya neftinin Belarus ərazisindən tranziti “Drujba” kəməri vasitəsi ilə həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR