"Brent" nefti 23%, WTI isə 30%-ə yaxın ucuzlaşıb

"Brent" nefti 23%, WTI isə 30%-ə yaxın ucuzlaşıb
# 21 aprel 2020 17:19 (UTC +04:00)

"Brent" markalı neftin qiyməti azalmaqda davam edir. Qiymət azalması 22%-ə yaxın olub.

"APA-Economics"in məlumatına görə, Bakı vaxtı ilə saat 17:11-də "Brent" neftinin bir bareli üçün iyun fyuçerslərinin qiyməti 22,84% azalaraq 19,73 ABŞ dolları təşkil edib (2002-ci ildən bəri ilk dəfə).

WTI markalı neftin iyun fyuçerslərinin qiyməti isə 29,66% azalaraq 14,37 dollara düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR