Bu il AÇG və "Şahdəniz"dən 8 mlrd. kubmetrdən çox qaz hasil edilib

Bu il AÇG və "Şahdəniz"dən 8 mlrd. kubmetrdən çox qaz hasil edilib
# 15 aprel 2020 16:27 (UTC +04:00)

Bu ilin I rübündə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çiraq-Günəşli” (AŞG) yataqlar blokundan bu ilin birinci rübündə 3,5 mlrd. kubmetr qaz hasil edilib.

Bu barədə “APA-Economics” Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata əsasən, bu ilin birinci rübündə “Şahdəniz” qaz-kondensat yatağından 4,7 mlrd. kubmetr qaz hasil edilib.

Qeyd edək ki, ümumilikdə hesabat dövrü AÇG və “Şahdəniz”dən 8,2 mlrd. kubmetr qaz hasil edilib.

Cari ilin yanvar-mart aylarında Azərbaycanda 10 mlrd. kubmetr qaz hasil edilib, bu da 2019-ci ilin göstəricisi ilə müqayisədə 10% çoxdur. Ötən dövr ölkədə hasil edilən qazın 1,8 mlrd. kubmetri SOCAR-ın payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR