CQD üzrə əməliyyat və kapital xərcləri bu il 402 mln. dollardan çox olacaq - PROQNOZ

CQD üzrə əməliyyat və kapital xərcləri bu il 402 mln. dollardan çox olacaq - PROQNOZ
# 13 mart 2020 17:38 (UTC +04:00)

"Cənub Qaz Dəhlizi" QSC-nin proqnozlarına görə, Cənub Qaz Dəhlizi (CQD) layihəsində 2020-ci ildə əməliyyat və kapital xərcləri üzrə xalis maliyyə tələbləri 402,2 mln. ABŞ dolları olacaq.

"APA-Economics"in QSC-yə istinadən verdiyi məlumata görə, ümumi məbləğin xidmət xərcləri 225,7 mln. dollar, layihələrdə payına düşən hissələrin həcmi isə 176,5 mln. dollar təşkil edəcək.

Qeyd edək ki, "Fitch" beynəlxalq reytinq agentliyinin məlumatına görə, ötən ilin sonuna "Cənub Qaz Dəhlizi" QSC-nin borclarının 5%-i Azərbaycan Dövlət Neft Fondu tərəfindən alınmış istiqrazlar, 30,9%-i beynəlxalq maliyyə institutları və onların zəmanəti ilə olan borclar, 30,6%-i isə avrobondlar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR