Ceyhan terminalından nəql edilən neftin həcmi açıqlanıb

#
# 09:37
3 may 2021

Bu ilin mayın 1-nə Türkiyənin "BOTAS International Limited" (BIL) şirkəti tərəfindən Ceyhan neft terminalından 67 223 min bareldən artıq neft yola salınıb ki, bu da illik müqayisədə 16,5% azdır.

Bu barədə "APA-Economics"ə BIL-dən bildirilib.

Qeyd edək ki, ötən ilin yanvar-aprel aylarında bu göstərici 80 554 min. barel təşkil edib.

Ceyhan limanından Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqlarından hasil edilən və digər ölkələrinin nefti nəql edilir.

Məlumata əsasən, bu il terminalda 92 tanker yüklənilərək yola salınıb. Ceyhan neft terminalından bu günədək (1 may tarixinə) 3 638 mln. bareldən artıq neft yola salınıb və 4 751 tanker yüklənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR