Çin sentyabrda neft və qaz idxalını artırıb

Çin sentyabrda neft və qaz idxalını artırıb
# 13 oktyabr 2020 14:11 (UTC +04:00)

Bu ilin sentyabr ayında Çinə gündə neft tədarükü illik ifadədə 17,5% artaraq 11,8 mln. barel təşkil edib.

APA-Economics”in “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Çinin Baş Gömrük İdarəsinin məlumatında deyilir.

Agentlik yazır ki, dünyanın ən böyük xam neft idxalçısı olan Çin ötən ay gündəlik 11,8 mln. barelə bərabər olan 48,48 mln. ton neft alıb.

2019-cu ilin sentyabr ayında Çin gündəlik 10,04 mln. barel idxal edib ki, bu da mövcud göstəricidən 17,5% azdır. Sentyabrda idxal avqust ayının gündəlik 11,18 mln. barel göstəricisinə nisbətdə 5,5% artıb.

Bu ilin yanvar-sentyabr aylarında Çin ümumilikdə 416 mln. ton və ya gündəlik təxminən 11,08 mln. barel xam neft idxal edib ki, bu da keçən ilin eyni dövrünə nisbətən 12,7% çoxdur.

Sentyabr ayında Çindən neft məhsulları ixracı 3,95 mln. ton təşkil edib. Bu, avqust ayının göstəricisindən (4,27 mln. ton) 7,5% azdır.

Eyni zamanda, təbii qaz idxalı (həm boru kəməri ilə, həm də LNG) sentyabr ayında 8,66 mln. ton təşkil edib ki, bu da ötən ilin göstəricisindən 5,5% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR