Çin və Avropa arasında konteyner daşımaları avqustda kəskin artıb

Çin və Avropa arasında konteyner daşımaları avqustda kəskin artıb
# 14 sentyabr 2020 14:05 (UTC +04:00)

Çin-Avropa-Çin marşrutu üzrə yüklənmiş konteynerlərin trafiki avqust ayında 2 dəfəyə yaxın artaraq 59 min iyirmi funtluq ekvivalentə (TEU) çatıb.

"APA-Economics"in "Rusiya Dəmir Yolları" ASC-yə istinadən verdiyi məlumata görə, təkcə avqust ayında Çin-Avropa-Çin marşrutu üzrə konteyner daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 dəfədən çox artaraq 59,4 min TEU təşkil edib. Yüklənmiş konteynerlərin də trafiki artaraq 57,7 min TEU-ya yüksəlib.

Bundan başqa, bu ilin yanvar-avqust ayları ərzində Çin-Avropa-Çin marşrutu üzrə boş konteyner daşımaları 1,6 dəfə artaraq 337,4 min TEU təşkil edib, yüklənmiş konteynerlərin trafiki isə 1,8 dəfə artaraq 326,5 min TEU-ya çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR